Yəməndə Səudiyyənin bir təyyarəsi vurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i299454-yəməndə_səudiyyənin_bir_təyyarəsi_vurulub
Yəmən ordusunun havadan müdafiə qüvvələri və xalq komitələri Sədə vilayətində Səudiyyə Ərəbistanına aid olan bir ədəd hərbi təyyarəni vurublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2018 03:43 Asia/Baku
  • Yəməndə Səudiyyənin bir təyyarəsi vurulub
    Yəməndə Səudiyyənin bir təyyarəsi vurulub

Yəmən ordusunun havadan müdafiə qüvvələri və xalq komitələri Sədə vilayətində Səudiyyə Ərəbistanına aid olan bir ədəd hərbi təyyarəni vurublar.

Yəmənin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin hava qoşunlarının komandanı İbrahim Əşşami bu hadisədən sonra deyib: Yəmənin hava qoşunlarının qələbələri davam edir. 

İbrahim Əşşami Səudiyyənin də Yəmənin havadan müdafiə gücünə etiraf etdiyi və onu təhdid adlandırdığını xatırladıb və deyib: Səudiyyənin hərbi təyyarəsinin vurulması, onun Sədə vilayəti səmasında olarkən dəqiq müşahidə edilməsindən sonra mümkün olub.

Yəmən ordusunun havadan müdafiə qüvvələri indiyədək təcavüzkarların çoxlu sayda təyyarəsini vurublar.