Mart 22, 2018 12:00 Asia/Baku
  • Ali-Xəlifə zindanlarında 13 qadın məhbus var
    Ali-Xəlifə zindanlarında 13 qadın məhbus var

13 bəhreynli qadın siyasi ittihamlar əsasında Ali-Xəlifə rejiminin həbsxanalarında saxlanılmaqdadır.

13 qadın məhbus arasında Fatimə Əli, Amal Əli və İman Əli adlı üç bacı və Hacər Mənsur, Əmirə Əl-Qəşəmi və Mədinə Əli adlı başqa üç qadın 3 il müddətində azadlıqdan məhrum ediliblər. 

Başqa 4 bəhreynli qadına isə 5 il müddətində həbs cəzası verilib. 3 qadına da 5 il iş verilib, 3 bəhreynl qadın isə saxlanılır. 

Qadın məhbuslar Bəhreynin şimalında İsa qəsəbəsində yerləşən həbsxanada saxlanılırlar və indiyədək hqüuq müdafiə təşkilatları onlara qarşı kobud rəftarlar barədə dəfələrlə hesabatlar yayıblar. 

Bəhreyn 2011-ci ilin fevralından bəri Ali-Xəlifə rejiminə qarşı xalq inqilabı səhnəsidir. Bəhreyn xalqı öz ölkəsində azadlıq və ədalətin bərqərarı, ayrı-seçkiliyin aradan götürülməsi və seçilmiş bir hökumətin hakimiyyətə gəlməsini istəyir.

Ali-Xəlifə rejimi xalqın etirazlarına aqressiv metodlarla reaksiya verir, müxaliflərin rəhbərlərini həbs edir, siyasi fəallara uzun müddətli həbslər verir. 

Asiyanın ən kiçik ölkəsi olan Bəhreyn dünyanın ən çox siyasi məhbuslarına malikdir. 

Teqlər