Eyn-Tərma əraziləri terrorçulardan azad edilib
-
Eyn-Tərma əraziləri terrorçulardan azad edilib
Suriya ordusu bu gün şərqi qutədə irəliləyişlərini davam etdirərək Eyn-Tərma ərazilərinin terrorçuların işğalından azad edilməsini bildirib.
İRİB-in verdiyi məlumata görə, Suriya ordusunun şərqi qutədəki əməliyyatı 19 fevralda başladı. Suriya ordusu şərqi qutənin 80 faizini terrorçulardan azad edə bilib.
Həmçinin bu gün səhərdən indiyədək şərqi qutədə hərsta bölgəsindən çıxan terrorçuların sayı 641 nəfərə çatıb.
suriyalı rəsmilər və Rusiyanın Suriyadakı barışıq mərkəzinin Hərəsta məntəqəsində Əhrarüşşam terrorçuları ilə silahlarının təhvil verilməsi müqabilində Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərə köçürülmələrinin təmin olunacağına dair razılıqdan sonra Suriyanın Qırmızı Aypara Cəmiyyətinin avtobus və təcili tibbi yardım maşınları Hərəstaya daxil olublar.
Hərəstadan çıxmaq istəməyən hərhansı yaraqlı müxalif isə silahını təhvil verəcək, vəziyyətinə baxıldıqdan sonra həmin bölgədə qala biləcək.