Ərəbistanın Yəməndəki cinayətləri davam edir
-
Ərəbistanın Yəməndəki cinayətləri davam edir
Təcavüzkar Amerika-Ərəbistan koalisiyasının Yəməndəki cinayətlərinin davamında bu ölkənin Səədə vilayətində on mülkü öldürülüb.
Səud qırıcıları dünən "Vələd Amir" kəndindəki bir evi hədəfə alaraq, bir neçə qadın və uşaq daxil olmaqla bir qrup insanın həyatına son qoyublar.
Digər tərəfdən, səud qırıcıları iki mərhələdə Yəmənin Ləhic vilayətindəki Kerş bölgəsində yerləşən "Cəbəl Şifan" və "Əlhuymi" məntəqələrini bombalayıblar.
Yəmənli mənbələr də Əlaləm telekanalı ilə müsahibədə Yəmənin ordusu və xalq komitəlrəri qüvvələrinin Təizdə səud muzdurlarına qarşı əməliyyatından xəbər veriblər. Həmin əməliyyatda bir qrup muzdur ölüb və ya yaralanıb.
Həmçinin Yəmənin ordusu və xalq komitəlrəri qüvvələri səudların Nəcrandakı Əlhəlq bazasına hücum ediblər. Nəticədə bir qrup səud hərbçisi öldürülüb, bir sıra zirehli avtomobil məhv edilib və bir səud hərbçisi də əsir alınıbdır.
Səudiyyə Ərəbistanı Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə Amerikanın və bir neçə ərəb ölkəsinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə qarşı hərbi hücuma başlayıb. Lakin Yəmənə qarşı hava hücumlarına və bu ölkənin hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, təcavüzkarlar özlərinin heç bir hədəflərinə çatmayıblar.
Yəmənli qüvvələr təcavüzkarların hücumlarına reaksiyada Ali-Səudun və onun muzdurlarının Yəməndəki və Ərəbistanın daxilindəki mövqe və bazalarını hədəfə alırlar.