Mart 23, 2018 19:28 Asia/Baku
  • Səudiyyə Ərəbistanı Yəmənin müxtəlif bölgələrini bombalamaqdadır
    Səudiyyə Ərəbistanı Yəmənin müxtəlif bölgələrini bombalamaqdadır

Səudiyyə Ərəbistanının Yəmənin havadan müdafiə sisteminin Ərəbistan qırıcı təyyarəsini vurmasını etiraf etməsi və onu təhlükəli dəyişiklik adlandırması Yəmənin raketqayırma sənayesinin inkişafını əks etdirir. Səudiyyəlilərin Yəməndə sivilləri bombardman etməkdən başqa bu məsələ qarşısında aydın cavabları yoxdur.

Ərəbistan qırıcı təyyarələrinin Sədə vilayətinin Qəmər bölgəsində binaya, eləcə də Sənanın şərqində Misvəh bölgəsində avtomobilə hücumunda əksəriyyəti uşaq və qadın olan 19 Yəmən vətəndaşı şəhid olub. Bu hava hücumları Yəmənin havadan müdafiə bölməsinin Sədə vilayəti səmasında Ərəbistanın bir ədəd F-15 qırıcı təyyarəsini vurması xəbərini elan etməsindən sonra baş verib.

Yəmən vətəndaşı deyib: Sədə səmasında F-15 qırıcı təyyarəsinin vurulması Yəmən silah təchizatı və havadan müdafiə sisteminin inkişaf etdiyini göstərir. Məğlub olmuş təcavüzkarların bu inkişafa reaksiyası isə günahsız sivilləri bombardman etməkdir.

Yəmənin havadan müdafiə sisteminin bildirdiyinə görə, səudiyyə qırıcısı Sədədə vətəndaşları bombardman etdiyi vaxtda vurulub. Ərəbistan qırıcı təyyarəsinə doğru raketin atıldığını etiraf edib, Yəmənin Hərbi Hava Qüvvələri komandanı da hücumları dayandırmamaq haqda təcavüzkarlara xəbərdarlıq edərək bildirib: Səudiyyə Ərəbistanı Yəmən xalqı əleyhinə militarist siyasətini davam etdirərsə, müharibənin odu onun özünü də yandıracaqdır.

Yəmənli hərbçi deyib: Düşmənə sürpriz olacaq. Buna görə qorxmalıdır. Biz sadəcə səudiyyəli düşmənə deyil, Yəmən əleyhinə müharibədə iştirak edən bütün tərəflərə öz hesablamalarına yenidən baxmalarını deyirik.   

Səudiyyə qırıcısının vurulması Yəmən daxilində havadan müdafiə sisteminin istehsalı və inkişafının ciddi şəkildə davam etdiyini isbat edir. Belə ki, Yəmən səması səudiyyəli qırıcıların uçuşu və hücumları qarşısında amanda qalmış olsun.  

 

Teqlər