Hiddət cüməsində keçirilən aksiyada ondan çox fələstinli yaralanıb
Mart 23, 2018 17:10 Asia/Baku
-
Hiddət cüməsində keçirilən aksiyada ondan çox fələstinli yaralanıb
Sionist hərbçilərin Qüdsə dəstək istiqamətində hiddət cüməsi üzrə 16-cı aksiyada iştirak edən fələstinli aksiyaçılara qarşı hücumunda azı on fələstinli aksiyaçı yaralanıb.
Fələstinlilərin Qüdsün Amerika prezidenti Donald Tramp tərəfindən sionist rejimin paytaxtı elan edilməsini pisləyən və on altıncı cümə olaraq keçirilən aksiyası sionist hərbçilərin hücumu ilə qarşıdurma və zorakılıqla nəticələnibdir.
İşğalçı sionist rejim hərbçiləri atəş açıb, gözyaşardıcı qaz buraxaraq, etirazçı fələstinliləri yatırıblar ki, gözyaşardıcı qazla tənəffüs nəticəsində bir qrup fələstinli aksiyaçı boğuntu halına düşübdür.
Atəş nəticəsində indiyədək Qəlqiliyya toqquşmalarında altı, Ramullah qarşıdurmalarında isə dörd fələstinli yaralanıbdır.
Teqlər