Mart 24, 2018 08:40 Asia/Baku
  • Əfqanıstanın cənubunda partlayış; 12 nəfər ölüb

Əfqanıstanın cənubunda Hilmənd vilayətinin mərkəzində baş verən partlayış nəticəsində 12 nəfər ölüb.

Ava xəbər agentliyinin verdiyi məlumata görə, Hilmənd vilayətinin icra hakimiyyətinin sözçüsü dünən bu xəbəri verərək bildirib ki, Cümə günortadan sonrakı terror aktını törədən şəxs vilayətin mərkəzi Ləşgərgah şəhərində Qazi Məhəmməd Əyyub xan adına idman kompleksinin girişində içərisinə bomba yerləşdirilmiş avtomobili partladıb. 

Bu partlayışda 40-dan çox adam da yaralanıb. 

Hələlik heç bir şəxs yaxud qrup bu partlayışın məsuliyyətini öz üzərinə götürməyib. 

Hilmənd vilayəti taliblər və terrorçu İŞİD qrupunun bazalarından biri hesab olunur. 

Teqlər