Mart 26, 2018 09:20 Asia/Baku
  • Yəmən ordusu Səudiyyə Ərəbistanının hava limanlarını hədəf alıb

Əl-Aləm telekanalı Səudiyyə Ərəbistanının hava limanlarının Yəmənin raketləri ilə hədəfə alınmasından xəbər verib.

Əl-Aləm telekanalı bu gün səhər bildirib ki, Yəmənin raket bölmələri Bərkan-H2 raketi ilə Səudiyyə Ərəbistanının paytaxtı Ərriyadın beynəlxalq Məlik Xalif hava limanını hədəfə alıblar. 

Həmçinin Səudiyyə Ərəbistanının cənubunda yerləşən Əsir bölgəsinin Əbha aeroportu da Qahir-M2 raketi ilə hədəfə alınıb. 

Yəmənin raket bölməsi Səudiyyənin cənubunda Cizan hava limanını da bir neçə ballestik raketlə hədəfə alıb. 

Səudiyyə Ərəbistanın Ərrəyad hava limanına qarşı raketi göydə vurduğunu iddia etsə də Yəmən ordusu raketlərin hamısının hədəfə dəydiyini bildirib. 

Teqlər