Mart 26, 2018 10:28 Asia/Baku
  • Əsaib Əhlül-Həqq hərəkatı terrorizm ilə mübarizəyə təkid edib
    Əsaib Əhlül-Həqq hərəkatı terrorizm ilə mübarizəyə təkid edib

İraqın Əl-Həşdüşşəbi qruplarından olan Əsaib Əhlül-Həqq hərəkatının baş katibi lazım gələrsə islami müqavimətin terrorizm ilə mübarizə üçün bir daha meydana gələcəyini bildirib.

İRNA-nın verdiyi məlumata görə, Əsaib Əhlül-Həqq hərəkatının baş katibi Qeys Xəzəli dünən özünün Tvitterdəki səhifəsində İraqın şimalında bir neçə hərbçinin və Həşdüşşəbi qüvvəsinin ölümü və əsir götürülməsi ilə nəticələnən son hadisələrin rəsmilərin səhlənkarlığı və onların seçkilərlə məşğul olmalarından mənşə aldığını bildirərək deyib: Vəziyyət belə davam edərsə İraqın müqavimət qüvvəsi yenidən səhnəyə daxil olacaq. 

Əsaib Əhlül-Həqq hərəkatının baş katibi həmçinin azad olunmuş ərazilərin terrorçuların qalıqlarından təmizlənilməsi üçün geniş əməliyyatların həyata keçirilməsinə çağırıb və deyib: Əl-Həşdüşşəbi və digər təhlükəsizlik aparatlarının azad edilmiş bölgələrin terrorçulardan tam təmizlənilməsi üçün fəallaşdırılmaları böyük zərurət daşıyır. 

Bağdadın şimalında Səlahəddin vilayətində bir təhlükəsizlik mənbəyi 8 polis qüvvəsinin İŞİD terrorçuları tərəfindən qətlə yetirilməsindən xəbər vermişdir. 

2017-ci il noyabrda İŞİD-in İraqdakı fəaliyyətinə son qoyulduğu elan edilmiş olsa da təkfirçi terrorçuların İraqın müxtəlif bölgələri, xüsusiylə Bağdadın ətrafında, ölkənin şimal, şərq və qərbindəki pərakəndə hücumları davam edir.  

Teqlər