Onlarla fələstinli həbs edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i299932-onlarla_fələstinli_həbs_edilib
Sionist hərbçilər İordan çayı və işğal olunmuş Qüdsdə onlarla fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 26, 2018 09:22 Asia/Baku
  • Onlarla fələstinli həbs edilib
    Onlarla fələstinli həbs edilib

Sionist hərbçilər İordan çayı və işğal olunmuş Qüdsdə onlarla fələstinlini həbs ediblər.

İRİB-in verdiyi məlumata görə, sionist rejim hərbçiləri dünən gecə İordan çayının qərb sahili və işğal olunmuş Qüdsün müxtəlif hissələrinə hücum edərək 43 fələstinlini həbs ediblər. 

Bir neçə saat öncə İordan çayının qərb sahilində Əlar Tulkərm bölgəsində fələstinli gənclərlə sionist hərbçilər arasında toqquşmalar başlanıb. 

Bəzi qaynaqlar Qüdsdə Əl-İsaviyyə bölgəsində işğalçıların hücumlarında 7 fələstinlinin həbs edilməsindən xəbər veriblər. 

İki fələstinli gənc də işğalçı rejim qüvvələri tərəfindən Qüdsün şimal şərqində Ənata bölgəsinə hücum zamanı həbs edilib. 

Sionist rejim hərbçiləri təxminən hər gün müxtəlif bəhanələrlə İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdə fələstinlilərin mənzillərinə soxulurlar. Fələstinin rəsmi statistikalarına görə İsrail həbsxanalarında 300 uşaq daxil 6500 fələstinli saxlanılır.