Bin Salman Tramp qarşısında təhqir hissi keçirib
-
Bin Salman Tramp qarşısında təhqir hissi keçirib
Səudiyyə Ərəbistanının hakim xanədanının üzvlərindən biri deyir: Səudiyyə Ərəbistanı vəliəhdi bu ölkənin ABŞ-dan satın aldığı silahların siyahısının Tramp tərəfindən müxbirlərə açıqlanmasından inciyib və təhqir hissi keçirib.
Səudiyyə xanədanının üzvlərindən biri CNN-ə deyib ki, krallıq ailəsində belə bir söz dolaşır ki, ticarətdən söhbət düşəndə Donald Tramp hər şeyi unudur.
CNN bildirir: Donald Trampın Səudiyyə Ərəbistanına son səfərində neçə milyard dollar dəyərində silah satışı müqaviləsi imzalandı və Tramp bu muqaviləyə öyünərək onu ABŞ-da iş yerlərinin yaradılması və iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün seçki şüarlarına birləşdirdi.
CNN bildirir: Bu həftə Səudiyyə vəliəhdi Məhəmməd Bin Salman Trampın Ərrəyada səfərinin qarşılığında Vaşinqtona getdi. Bin Salman Ağ evdə Donald Tramp ilə görüşdü və orada ABŞ prezidenti Səudiyyə Ərəbistanının Amerikadan aldığı silahlaırn siyahısını gözə soxdu.
CNN yazır: Bin Salman Trampın kənarında oturarkən, Tramp Səudiyyə Ərəbistanın aldığı silahların siyahısından ibarət böyük bir kataloqu müxbirlərə və kameralara göstərərək Bin Salmana tənə ilə dedi: Bu pullar sizin üçün heçnə deyil, daha çox alın!
Bin Salmanın Tramp ilə görüşündən sonra Səudiyyə xanədanının bir üzvü CNN-ə deyib: Səudiyyə vəliəhdi Trampın yanaşma tərzinə görə təhqir hissi keçirib. O deyib Məhəmməd Bin Salman Trampdan neçə milyardlıq silah alış-verişinin təfərrüatını onun gözü önündə nümayiş etdirəcəyini gözləmirmiş ona görə ki, Bin Salman bunun üçün Vaşinqtona getməmişdi.