Mart 27, 2018 08:30 Asia/Baku
  • Terrorçuların Şərqi Qutədən köçürülməsi əməliyyatı davam edir
    Terrorçuların Şərqi Qutədən köçürülməsi əməliyyatı davam edir

Rusiyanın Müdafiə Nazirliyi ötən 24 saat ərzində təqribən 6500 terrorçunun Şərqi Qutəni tərk etməsindən xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, Rusiyanın Suriyadakı Barış Mərkəzi bazar ertəsi günü bir hesabat yayaraq, bildirib: Bu terrorçular Əhrar Əş-Şam qruplaşmasının üzvləridirlər. 

Bu məlumata görə, indiyə kimi 4979 terrorçu ailəsi ilə birlikdə avtobuslar vasitəsi ilə Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətinə göndərilib. 

Rusiyanın Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Barış Mərkəzi öz hesabatında həmçinin, Şərqi Qutənin təqribən 90%-nin terrorçulardan təmizləndiyinə işarə edərək, bildirib: Terrorçulardan təmizlənmiş ərazilərdə insanlar öz evlərinə qayıtmağa başlayıblar. 

Suriya ordusu Şərqi Qutə və Dəməşq sakinlərini terrorçuların ardıcıl hücumlarından qorumaq məqsədiilə 26 fevral 2018-ci il tarixindən etibarən Şərqi Qutədəki terrorçulara qarşı hərbi əməliyyatlara başlayıb. 

Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə terrorçuların regionda güc balansını İsrail rejiminin xeyrinə dəyişmək məqsədi ilə Suriyaya hücum etməsi ilə başlanıb. 

Bu beynəlxalq terrorçular əsasən Amerika, Britaniya, Ərəbistan və onların qərbli və ərəb müttəfiqlərinin geniş himayə çətrinə malikdirlər. 

Teqlər