Mart 27, 2018 12:09 Asia/Baku
  • Yəmənin mühasirəsi 17 min xəstənin həyatını itirməsinə səbəb olub
    Yəmənin mühasirəsi 17 min xəstənin həyatını itirməsinə səbəb olub

Yəmənin Aviasiya Təşkilatının sözçüsü bazar ertəsi günü deyib: Ərəbistan və müttəfiqlərinin ötən 3 ildə Yəməni havadan, qurudan və dənizdən mühasirədə saxlaması nəticəsində 17608 yəmənli müalicə oluna bilmədiyi üçün, önlənilməsi mümkün olan xəstəliklər üzündən həyatını itirib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Mazən Ğanəm Ərəbistanın yəmənli xəstələrin müalicə olunmaq üçün ölkədən çıxmalarına mane olduğunu deyərək, əlavə edib: Mühasirə Yəmən əhalisinin səhiyyə xidmətləri, dərman preparatları, yanacaq və ərzaq məhsulları ilə təmin olunmaq kimi ən bəsit və ilkin hüquqlarından belə məhrum olmasına səbəb olub.

Yəmənin Aviasiya Təşkilatının sözçüsü həmçinin deyib: Mühasirənin davam etməsinə görə hazırda ölkədən kənarda olan 4 milyondan çox yəmənli vətənə qayıtmaq haqqından məhrum qalıb.

Mazən Ğanəm BMT-nin Yəmən məsələləri üzrə yeni nümayəndəsi Martin Qrifitsdən habelə, beynəlxalq təşkilatlardan Səna Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsinə icazə verməsi üçün Ərəbistana təzyiq göstərmələrini istəyib.

Ərəbistan ABŞ-ın yaşıl işığı ilə 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb və bu ölkəni havadan, qurudan və sudan mühasirədə saxlayaraq ölkəyə humanitar yardımların belə çatdırılmasına icazə vermir.

ABŞ, Britaniya və Fransadan aldığı silahlar ilə Yəməni fasiləsiz olaraq bombardman edən Ərəbistan bu ölkəni tamamilə xarabalığa çevirib. Bütün sivil infrastrukturlar məhv edilib. Milyonlarla insan evsiz qalıb. Vəba və difteriya kimi  yolxucu xəstəliklər ölkəni bürüyüb. Ölkə qida çatışmazlığı və səhiyyə xidmətlərinin yoxluğundan əziyyət çəkir.

Ali-Səud rejimi və müttəfiqləri isə 3 il davam edən amansız hücumlara baxmayaraq, Yəmən xalqının müqavimətini yara bilməyiblər.

Teqlər