Yəmən qüvvələri Təizdə səudiyyəli muzdluların qərargahına hücum ediblər
Yəmən ordusu və xalq komitələri qüvvələri Təiz vilayətinin Məqbənə bölgəsində səudiyyəli muzdluların qərargahına hücum edərək onlara ağır zərbələr endiriblər.
Əl-Məyadin televiziyasının məlumatına görə, bu hücumlarda azı 7 səudiyyəli muzdlu öldürülüb və bir qrup da yaralanıb.
Əl-Aləm televiziyası isə Yəmən qüvvələrinin Cizanda Cəsr əl-Səbabə bazasına raket hücumlarında bir qrup səudiyyəli muzdlunun ölməsi və yaralanmasından xəbər verib.
Səudiyyə Ərəbistanı ABŞ və BƏƏ-nin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi hücuma keçib və bu ölkənin hava, dəniz və qurudan mühasirəyə alıb.
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə qarşı savaşı on minlərlə nəfərin həlak olması və yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.