Mart 29, 2018 09:41 Asia/Baku
  • Amerikan koalisiya: İraq və Suriyada 855 sivil öldürmüşük

ABŞ-ın başçılıq etdiyi sözdə anti-İŞİD koalisiyası çərşənbə günü bir hesabat yayıb. Hesabatda 2014-cü ildən bəri İraq və Suriyadakı hərbi əməliyyatlarda 855 mülkinin öldürülməsi faktı etiraf olunub.

ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası İraq və Suriyada 855 sivili öldürdüyünü etiraf etsə də, müstəqil qaynaqlar bu rəqəmin 3 mindən daha çox olduğunu bildirirlər. 

ABŞ ötən illər ərzində dəfələrlə terrorçu qruplara qarşı hərbi əməliyyatlar adı altında Suriya və İraqda mülki əhalini habelə, dövlət qüvvələrini hədəfə alıb. 

Rəsmi Dəməşq dəfələrlə BMT və TŞ-yə məktub ünvanlayaraq, ABŞ-ın başçılıq etdiyi koalisiyanın cinayətlərinin durdurulmasını istəyib. 

 

Teqlər