Həmas: "Vətənə qayıdış haqqı" yürüşü İsrail qarşısında müqavimətin simvoludur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300216-həmas_vətənə_qayıdış_haqqı_yürüşü_İsrail_qarşısında_müqavimətin_simvoludur
Fələstinin İslam Müqaviməti Cərəyanı Həmas-ın sözçüsü deyib: Qarşıdan gələn cümə günü keçiriləcək Fələstinli didərginlərin vətənə qayıdış haqqı yürüşü sionis rejim qarşısında müqavimətin nişanəsidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2018 07:55 Asia/Baku
  • Həmas:

Fələstinin İslam Müqaviməti Cərəyanı Həmas-ın sözçüsü deyib: Qarşıdan gələn cümə günü keçiriləcək Fələstinli didərginlərin vətənə qayıdış haqqı yürüşü sionis rejim qarşısında müqavimətin nişanəsidir.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Fuzi Bərhum çərşənbə günü deyib: Vətənə qayıdış haqqı yürüşünün keçirilməsində məqsəd Fələstin məsələsi və fələstinlilərin vətənə qayıdış haqqının təmin edilməsində irəliyə doğru irəliləyişin əldə edilməsi üçün sionist rejim qarşısında yeni tələblərin qaldırılmasıdır. 

Fuzi Bərhum əlavə edib: Bu yürüş Fələstin xalqının haqq və hüquqlarına zərbə vuracaq yeni qərarların qəbul edilməsini önləmək üçündür. Bununla düşmənin bütün planları önlənilmiş olacaq. 

Fələstinli qruplar 30 mart tarixində Vətənə qayıdış haqqı adlı böyük yürüş təşkil edəcəklər.