YUNİSEF: 2 milyon yəmənli uşaq təhsildən məhrumdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300224-yunİsef_2_milyon_yəmənli_uşaq_təhsildən_məhrumdur
BMT-nin uşaqları müdafiə fondu YUNİSEF Ərəbistanın Yəmənə olan hücumlarına görə, 2 milyon yəmənli uşağın təhsildən məhrum olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2018 08:32 Asia/Baku
  • YUNİSEF: 2 milyon yəmənli uşaq təhsildən məhrumdur

BMT-nin uşaqları müdafiə fondu YUNİSEF Ərəbistanın Yəmənə olan hücumlarına görə, 2 milyon yəmənli uşağın təhsildən məhrum olduğunu bildirib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, YUNİSEF həmçinin, ötən 3 ildə Ərəbistanın Yəmənə olan hücumları nəticəsində 5 mindən çox uşağın həyatını itirdiyini də qeyd edib. 

YUNİSEF Ərəbistanın hərbi təcavüzləri nəticəsində infrastrukturların dağılması və içməli su şəbəkəsinin sıradan çıxmasını da nigaranlıq doğuran ciddi məsələlərdən adlandırıb və bildirib: Bir milyondan çox yəmənli uşağın vəba xəstəliyinə yoluxduğu güman edilir. 

Yəməndə təqribən 11 milyon uşaq var və onların hamısı təcili humanitar yardıma ehtiyaclıdır. 

Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı hərbi müdaxiləsi indiyə kimi on minlərlə insanın ölməsinə, milyonlarla insanın didərgin düşməsinə, ölkənin bütün infrastrukturlarının dağıdılmasına səbəb olub. Mühasirədə saxlanılan ölkə ərzaq qıtlığı və səhiyyə imkanlarının olmamasından da əziyyət çəkir. Vəba və difteriya kimi yolxucu xəstəliklər isə sürətlə yayılır.