Ərəbistan vəliəhdi sionist rejimin yüksək səviyyəli təhlükəsizlik başçısı ilə görüşüb
Mart 30, 2018 07:25 Asia/Baku
-
Ərəbistan vəliəhdi sionist rejimin yüksək səviyyəli təhlükəsizlik başçısı ilə görüşüb
Sionist rejim ordusu qərargahının rəisi səudiyyəli vəliəhdin bu rejimin yüksək səviyyəli təhlükəsizlik rəsmisi ilə görüşündən xəbər verib.
Əl-Məyadin televiziyasının məlumatına görə, sionist rejim ordusu qərargahının rəisi Qadi Eizenkot İsrail rejiminin Maariv qəzeti ilə müsahibədə deyib: Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman İsrailin Etnik Təhlükəsizlik Şurasının sədri Meir Ben Şabbatla görüşüb.
Qadi Eizenkot əlavə edib: Hal-hazırda İsraillə bəzi ərəb ölkələri arasında təhlükəsizlik və informasiya əməkdaşlıqları vardır.
Ötən bir il ərzində bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətlərinin normallaşdırılması prosesi daha da güclənib.
Teqlər