Yəmən rəsmisi: Səudiyyəlilər öz hesablamalarına yenidən baxmalıdırlar
-
Yəmən rəsmisi: Səudiyyəlilər öz hesablamalarına yenidən baxmalıdırlar
Yəmən Ali İnqilab Komitəsinin sədri bu ölkə vətəndaşlarının təcavüzkarlar qarşısındakı müqavimətinə toxunaraq deyib: Səudiyyə Ərəbistanı vəliəhdi və ərəb-amerikalı koalisiya ölkələri Yəmən əleyhinə hesablamalarına yenidən baxmalıdırlar.
İRNA-nın məlumatına görə, Yəmən Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli əl-Husi əl-Məyadin televiziyasına verdiyi müsahibədə xatırladıb: Səudiyyəlilərinə bağlı yəmənli tərəflər hazırda Ər-Riyadda saxlanılıblar və heç bir təklif etmək iqtidarında deyillər.
Yəmən Ali İnqilab Komitəsinin sədri Yəmən haqda sülh müzakirələrinin yeni turuna hazırlaşmaq haqda deyib: BMT-nin sabiq elçisinin tərəfsizlik prinsipinə sadiq qalmadığı keçmiş müzakirələrin əksinə, hər hansı müzakirə konstruktiv olmalıdır.
Əl-Husi əlavə edib: ABŞ-ın müdaxilələri və ötən müzakirələri məğlubiyyətə uğradan bəzi tərəflərə səudiyyəlilərin maliyyə dəstəklərinin qarşısı alınmalıdır.