Mart 30, 2018 15:31 Asia/Baku
  • Qəzzə zolağında fələstinlilər
    Qəzzə zolağında fələstinlilər "Böyük Qayıdış Haqqı" yürüşü keçiriblər

Qəzzə zolağında fələstinlilər 30 mart "Ərazi Günü" ilə yanaşı Qayıdış Haqqı dinc yürüşünü təşkil edib və işğal olunmuş Fələstin əraziləri ilə Qəzzə zolağı sərhədinə toplaşıblar.

Fars xəbər agentliyinin məlumatına görə, ictimai yürüşdə fələstinlilər BMT Təhlükəsizlik Şurasının 19 saylı qətnaməsini vurğulamağa çalışıblar. Bu qətnamənin 11-ci bəndində fələstinli didərginlərin öz ərazilərinə qayıdışına toxunulub.

Bu yürüş 1948-ci ildə Qəzzə zolağını işğal olunmuş ərazilərdən ayıran sərhəd hasarına doğru keçirilib.

Qəzzə zolağı əhalisi bir neçə gün öncə yürüş istiqamətlərində çadırlar quraraq bu böyük hadisəyə hazırlaşırdı.

Fələstinin Səhiyyə və Müalicə Nazirliyi bu gün Cibalya, Rəfəh və əl-Bəricdə atəş açılması nəticəsində üç fələstinli gəncin yaralandığını bildirib.

Əl-Minar televiziyası da bildirib: Sionist rejim hərbçiləri Qəzzə zolağının şimalında aksiyanı dağıtmaq üçün səs bombalarından istifadə ediblər.

Teqlər