Səudiyyə Ərəbistanı Yəməndəki cinayətlərini ört-basdır etməyə çalışır
-
Səudiyyə Ərəbistanı Yəməndəki cinayətlərini ört-basdır etməyə çalışır
Səudiyyə Ərəbistanı Yəməndə müasir tarixin ən böyük faciəsini törətdiyi halda, ABŞ başda olmaqla BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri bu cinayətləri göz-ardı edir və üstəlik İranı 2231 saylı qətnaməni pozmaqda suçlamağa çalışırlar. Amma İran iddiaları həmişə təkzib etmişdir.
Səudiyyəli şahzadənin Birləşmiş Millətlər Təşkilatına 1 milyard dollarlıq çek təqdim etməsi ilə eyni vaxtda Yəmənə raket göndərmək ittihamı ilə İran əleyhinə Təhlükəsizlik Şurasında iclasın keçirilməsi qərara alındı.
İranın davamlı şəkildə təkzib edir və İranın BMT-dəki səfiri cənab Xoşru deyir: Təhlükəsizlik Şurası haqda da Ərəbistan məğlubiyyətlərini ört-basdır etməkdən başqa bir şey ardınca deyil. Buna görə belə məktublar göndərməkdədir. İran Ərəbistanın bu əsassız ittihamlarını həmişə rədd edib və rədd edir.
Xarici işlər naziri Zərif Twitter səhifəsində yazıb: Dünyanın ən böyük insan faciəsində Amerikanın səudiyyəlilərlə böyük ortaqlığının həcmi inanılmazdır.
Nyu-Yorkda amerikalı yazar və analitik Alo Mari də belə qiymətləndirir: Fikrimcə, Tramp ABŞ-ın təmsilçisi olaraq gözlərini Yəmənin müsibətlərinə yumub və səudiyyəlilərin həll yolları fikrinə düşüb. Əlbəttə Ərəbistan üçün də əldə etmədiyi siyasi məqsədlər insanların canından əhəmiyyətlidir. Biabırçılıqdır və ABŞ prezidenti bu cinayətlərdə Səudiyyə Ərəbistanı ilə birlikdə olmamalı idi.
Təhlükəsizlik Şurasının bəzi üzvləri artıq bir neçənci dəfədir ki, İranın 2231 saylı qətnaməni pozmaqda suçlamağa çalışırlar.
Bu müddət ərzində Təhlükəsizlik Şurası üzvlərinin bir çoxunun səudiyyəlilərə heç bir göz-ardı etmədikləri halda, BMT Ərəbistanın müasir tarixin ən böyük aclığının səbəbkarı olduğunu dəfələrlə bildirib.