Fələstin Özünüidarə Təşkilatı ümumi matəm elan etdi
-
Fələstin Özünüidarə Təşkilatı ümumi matəm elan etdi
Fələstin Özünüidarə Təşkilatının başçısı Mahmud Abbas cümə günü axşam yaydığı bəyanatda "Qayıdış Haqqı" yürüşündə onlarla fələstinlinin şəhid edilməsinə görə, şənbə gününü ümumi matəm elan edib.
Fələstinin Məa informasiya agentliyinin verdiyi məlumata görə, cümə günü Qəzzə zolağında keçirilən "Qayıdış Haqqı" yürüşündə şəhid edilən və yaralanan fələstinlilərin sayı min nəfəri ötüb.
Fələstinin Səhiyyə Nazirliyi İsrail hərbçilərinin fələstinlilərə hücum etməsi nəticəsində indiyə kimi 14 nəfərin şəhid olduğu, 1100 nəfərin isə yaralandığını bildirib.
Fələstinin Səhiyyə Nazirliyi xilasetmə qrumlarından Qəzzə zolağındakı xəstəxanalara dərman preparatları və tibb ləvazimatları göndərmələrini istəyib.
Qəzzə zolağında yaşayan fələstinlilər 30 mart "Torpaq günü" münasibəti ilə "Qayıdış Haqqı" adlı böyük yürüşdə iştirak edərək, fələstinlilərin işğal edilmiş ərazilərə qayıdış haqqına təkid ediblər.