Mart 31, 2018 17:19 Asia/Baku
  • Fələstinlilərin
    Fələstinlilərin "Qayıdış Haqqı" yürüşü ikinci günündə

Fələstin mediaları "Qayıdış Haqqı" yürüşünün ikinci günündə minlərlə fələstinlinin Qəzzə ilə işğal olunmuş Fələstin ərazilərinin sərhəd məntəqəsinə axın etməsindən xəbər veriblər.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, "Qayıdış Haqqı" yürüşünün ikinci günündə də fələstinlilər öz torpaqlarına qayıdış haqqına və Qəzzəyə qarşı mühasirənin dayandırılmasına təkid edəcəklər. 

"Qayıdış Haqqı" yürüşləri İsrail rejiminin təşkil edildiyi günə "Səfalət günü"nə kimi davam etdiriləcək. 

Dünən on minlərlə fələstinli "Torpaq günü" münasibətilə Qəzzənin işğal edilmiş Fələstin əraziləri ilə sərhəd məntəqəsində "Qayıdış Haqqı" adlı böyük yürüş təşkil edərək, fələstinli didərginlərin öz torpaqlarına qayıdış haqqına təkid ediblər. 

İsrail hərbçiləri "Qayıdış Haqqı" yürüşünə basqın edərək, 17 fələstinlini şəhid edib, 1500 nəfəri də yaralayıblar. 

 

Teqlər