Əfqanıstaın Qəzney vilayətində 11 terrorçu məhv edilib
Mart 31, 2018 19:50 Asia/Baku
-
Əfqanıstaın Qəzney vilayətində 11 terrorçu məhv edilib
Əfqanıstanın Müdafiə Nazirliyi ölkənin şəqrində yerləşən Qəzney vilayətində 11 terrorçunun öldürülməsindən xəbər verib.
İRİB-nin Kabildən verdiyi məlumata görə, Əfqanıstanın Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib: Əfqanıstan ordusunun Xugyani məntəqəsində İŞİD terrorçularının mövqelərinə qarşı hava hücumlarında 5 terrorçu ölüb, 6 nəfər isə yaralanıb.
Həmçinin, Əfqanıstan ordusu quru qoşunlarının əməliyyatı zamanı da Qəzney vilayətinin Qarabağ məntəqəsində 6 terrorçu öldürülüb.
Qəzney vilayəti İŞİD terrorçuları və Taliblərin əsas fəaliyyət mərkəzinə malik olduqları məkanlardan biridir.