Əl-Hüdeydə limanında yanğın; humanitar yardımlar yandı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300378-Əl_hüdeydə_limanında_yanğın_humanitar_yardımlar_yandı
Yəmənin qərbində əl-Hüdeydə limanında baş verən yanğın nəticəsində bu ölkə vətəndaşları üçün göndərilən humanitar yardımlar və ərzaqların çoxlu hissəsi yanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2018 04:11 Asia/Baku
  • Əl-Hüdeydə limanında yanğın; humanitar yardımlar yandı
    Əl-Hüdeydə limanında yanğın; humanitar yardımlar yandı

Yəmənin qərbində əl-Hüdeydə limanında baş verən yanğın nəticəsində bu ölkə vətəndaşları üçün göndərilən humanitar yardımlar və ərzaqların çoxlu hissəsi yanıb.

İRNA-nın məlumatına görə, Əl-Hüdeydə limanının ərzaq maddələri və yanacaq anbarlarından bir neçəsində yanğın baş verib. 

Əl-Hüdeydə limanı işçiləri deyiblər ki, yanğın elektrik naqillərinin birləşməsi nəticəsində baş verib və yardımlar olan anbararları da bürüyüb. 

Həmçinin BMT-nin Ümumdünya Ərzaq Proqramının işçisi deyib: Ərzaq maddələri və yanacaqın bir çox hissəsi yanıb.