Apr 02, 2018 10:11 Asia/Baku
  • İsrailin Qəzzədəki son cinayətlərinə etirazlar davam edir

İsrail rejiminin Qəzzədəki son cinayəbləri hətta, bu rejimin ən yaxın himayədarları olan Britaniya və Fransanı da dilə gətirdi.

Cümə günü minlərlə fələstinli "Torpaq Günü" münasibəti ilə "Qayıdış Haqqı" adlı aksiya təşkil edərək, işğal edilmiş ərazilərin sərhədlərinə doğru yürüş ediblər. 

İsrail hərbçiləri isə fələstinli yürüş iştirakçılarının üzərinə atəş açmağa başlayıblar. Bu qanlı hadisədə 17 fələstinli öldürülüb, 1400 nəfər isə yaralanıb. 

İRNA-nın məlumatına görə, Britaniya xarici işlər nazirinin müavini Alistar Bart bazar günü bir bəyanat yayaraq, İsrail hərbçilərinin yol verdiyi cinayəti təəssüf doğuran hadisə adlandırıb və bu barədə araşdırmaların aparılmasını istəyib. 

Fransa Xarici İşlər Nazirliyi də bazar günü bir bəyanat yayaraq, İsrail başçılarını təmkinli olmağa çağırıb. 

Fransa Xarici İşlər Nazirliyi dinc etiraz aksiyalarının keçirilməsini fələstinlilərin haqqı adlandırıb. 

Fələstinlilər 30 mart 1976-cı ildə ərazilərinin müsadirə edilməsinə etiraz olaraq hər il "Torpaq Günü" yürüşləri təşkil edir. 

İsrail rejimi fələstinlilərin ərazilərini müsadirə etmək və bu ərazilərdə yeni qəsəbələr salmaqla öz işğalçılıq siyasətini davam etdirməyə çalışır. 

Teqlər