İordan çayının qərb sahilində bir fələstinli gənc şəhid edilib
Bir fələstinli gənc İordan çayının qərb sahilində sionist hərbçilərin atəşi ilə şəhid edilib.
Sionist hərbçilər bu gün səhər İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərinin cənubunda bir fələstinli gəncə atəşə tutaraq, onu şəhid ediblər.
Sionistlər iddia ediblər ki, bu fələstinli gənc şəhadətsevər əməliyyat keçirmək niyyətində imiş və elə buna görə, ona tərəf açılıbdır.
Belə bir halda, sionist rejim ordusunun radiosunun aparıcısı Kobi Meydan "Qayıdış haqqı" aksiyası zamanı on səkkiz fələstinlinin şəhid edilməsi, 1900-dən çox fələstinlinin də yaralanmasına reaksiyada özünün Facebook səhifəsində yazıb ki, özünün sionist olmasından xəcalət çəkir. O, elə bu sözlərinə görə, işdən çıxarılıbdır.
Qəzzə zolağının sakinləri ötən cümə günü, yer gününün ildönümündə Qəzzə zolağı sərhədində geniş aksiya keçirdilər və sionist rejim bu dinc aksiyada fələstinliləri atəşə tutdu ki, nəticədə on səkkiz fələstinli şəhid oldu.