Sionist rejim fələstinlilərə qarşı zəhərli qazdan istifadə edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300866-sionist_rejim_fələstinlilərə_qarşı_zəhərli_qazdan_istifadə_edib
Fələstinli mənbələr bildiriblər ki, sionist rejim qayıdış haqqı yürüşlərində fələstinliləri dağıtmaq üçün zəhərli qazdan istifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2018 05:52 Asia/Baku
  • Sionist rejim fələstinlilərə qarşı zəhərli qazdan istifadə edib

Fələstinli mənbələr bildiriblər ki, sionist rejim qayıdış haqqı yürüşlərində fələstinliləri dağıtmaq üçün zəhərli qazdan istifadə edib.

Fələstin informasiya mərkəzinin bildirdiyinə görə, qayıdış haqqı yürüşlərinin ali heyətinin səhiyyə komitəsinin üzvü Cihad şeyx Əbd deyib: Fələstinli aksiyaçlıara qarşı sionist rejim tərəfindən istifadə edilmiş zəhərli qaz insanın sağlamlığına və xüsusiylə sinir sisteminə qarşı ölümcül təsirə malikdir. 

Şeyx Əbd deyib: Çoxlu sayda fələstinli aksiyaçı aksiyanın ilk günündə bu qaz nəticəsində zəhərlənib. 

30 martda qayıdış haqqı yürüşlərinin başlandığı gündən bu günədək 19 fələstinli şəhid edilib və 1900-dən çox fələstinli də yaralanıb.