Apr 05, 2018 12:46 Asia/Baku
  • Ərəb Liqası Beynəlxalq Cinayət Məhkəməsindən İsrailin son hücumlarını araşdırmasını istəyib

Ərəb Liqası Beynəlxalq Cinayət Məhkəməsindən İsrail rejiminin Qəzzəyə olan son hücumlarını araşdırmasını istəyib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Ərəb Liqasının baş ktibi Əhməd Əbulğeyz Portuqaliyaya olan ilk rəsmi səfərində deyib: Ərəb Liqasının Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin "Qayıdış Haqqı" yürüşündə fələstinlilərin qırğın edilməsi məsələsini araşdırmasını istədiyini deyib. 

Əhməd Əbulğeyz əlavə edib: Ərəb Liqası BMT-nin baş katibi Antonio Quterreşin İsrailin fələstinlilərə hücumu ilə bağlı müstəqil və şəffaf araşdırmaların aparılması istəyini dəstəklədiyini deyib. 

İsrail hərbçiləri fələstinlilərin "Qayıdış Haqqı" yürüşünə hücum edərək, təqribən 20 fələstinlini şəhid edib, mindən çox insanı da yaralayıblar. 

Teqlər