Apr 06, 2018 09:03 Asia/Baku
  • Fələstinlilərin yürüşünün davamında 2 nəfər şəhid olub, 14 nəfər yaralanıb

Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü bildirib: Cümə axşamı günü Qəzzə zolağı ilə işğal olunmuş Fələstinin təmas xəttində keçirilən yürüşdə sionist hərbçilərin atəş açması nəticəsində azı iki fələstinli şəhid olub, 14 nəfər də yaralanıb.

İRİB-in məlumatına görə, Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Qədrə bildirib: Sionist hərbçilər Qəzzə zolağı ilə işğal olunmuş Fələstin sərhədlərində yürüş keçirən fələstinlilərə atəş açıblar. 23 yaşlı Nəbil Mərvan əl-Xizri şəhid olub. 

Əşrəf Qədrə deyib: Ötən cümə günü yürüşündə İsrail rejimi hərbçilərinin hücumu nəticəsində yaralanan 34 yaşlı Şadi Həmdan əl-Kaşif də yaralarının ağırlığı üzündən cümə axşamı günü dünyasını dəyişib. 

Ötən cümə günü Qayıdış Haqqı böyük yürüş başlandıqdan bəri 20-dən çox fələstinli şəhid olub, 1900-dən çox fələstinli yaralanıb. Bu yürüş 30 mart Torpaq Gününün ildönümü ilə əlaqədar keçirilib və hələ də davam edir. 

Teqlər