Yəmən müqaviməti Sənada aksiyanın keçirilməsi üçün çağırış edib
Apr 06, 2018 09:06 Asia/Baku
Yəmən Müqavimət Qüvvələri Koordinasiya Komitəsi cümə günü vətəndaşları Yəmən paytaxtı Sənanın Babul-Yəmən bölgəsində Namusların Qorunması üçün Diyarın Azad Edilməsi aksiyasının keçirilməsinə çağırıb.
İRİB-in əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, Yəmənin müqavimət qüvvələri həmçinin Nəcranda Silə bazasının qərbində səudiyyəli təcavüzkar hərbçilərin toplaşdığı məkanı katyuşa raketi ilə atəşə tutub.
Bu arada Yəmən müqavimət qüvvələrinin Cizanın əl-Qaviyə bölgəsinə minaatanlarla hücumu nəticəsində bir qrup səudiyyəli hərbçi ölüb və yaralanıb. Onların silah anbarı və bir ədəd hərbi avtomobili məhv edilib.
Səudiyyəli-amerikalı qırıcı təyyarələr də 8 dəfə Səna beynəlxalq aeroportunu atəşə tutublar.