Apr 07, 2018 09:32 Asia/Baku
  • Yəmənlilər amerikan-ərəb koalisiyası əleyhinə aksiya keçiriblər
    Yəmənlilər amerikan-ərəb koalisiyası əleyhinə aksiya keçiriblər

Cümə günü Yəmənin paytaxtı Səna şəhərində amerikan-ərəb koalisiyası əleyhinə etiraz aksiyası keçirilib.

Yəmənin Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, paytaxt Sənanın "Babül-Yəmən" meydanında "Namusu qorumaq uğruna vətənin azadlığı" şüarı ilə etiraz aksiyası keçirilib. Bu etiraz aksiyasında Ərəbistan və muzdlularının cinayətləri həmçinin, ötən həftə bir sudanlı muzdlunun Əl-Xuxə şəhərində bir  yəmənli qadına təcavüz etməsi kəskin formada pislənilib. 

Aksiya iştirakçıları həmçinin, Ərəbistan və muzdlularına qarşı mübarizənin davamına təkid edərək, Əl-Xuxə şəhərində törədilən iyrənc cinayətin intiqamının alınmasını istəyiblər. 

Qəzəblənmiş yəmənli aksiya iştirakçıları həmçinin, bu cinayət əleyhinə şüarlar verərək, təcavüzkarlardan intiqam alacaqlarını bildiriblər. 

İnformaisya qaynaqları bir neçə gün öncə sudanlı bir hərbçinin Əl-Hüdəydə vilayətində yerləşən Əl-Xuxə məntəqəsində bir yəmənli qadına təcavüz etdiyini bildiriblər. 

Teqlər