Həniyyə: Qayıdış Haqqı yürüşü sionist rejimin cinayətlərini dünyaya ifşa etdi
Fələstin İslam Müqaviməti Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri bildirib: Qayıdış Haqqı böyük yürüşü sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini dünyaya və beynəlxalq ictimaiyyətə ifşa etdi.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə Ər-Risalə.net portalı ilə müsahibədə deyib: Sionist düşmən ABŞ hökumətinin tam dəstəyi və beynəlxalq ictimaiyyətin sükutu sayəsində fələstinlilərin qırğınını davam etdirir.
Həniyyə bildirib: Dünyaya sionist rejimin təcavüzkar siyasətinin Fələstin xalqını qayıdış haqqını reallaşdırmaq və Qəzzə zolağının mühasirəsinə son qoymaq üzrə səyini davam etdirməkdən heç vaxt çəkindirməyəcəyini demək lazımdır.
Həniyyə əlavə edib: Qayıdış Haqqı məlumatlandırma meydanında savaş və Fələstin xalqının prinsiplərinin vurğulanmasıdır.