Apr 08, 2018 20:38 Asia/Baku
  • Terrorçular Duma şəhərindən çıxır

Ceyşül-İslam terror qruplaşması Duma şəhərindən çıxmaq üzrə Suriya ordusunun şərtlərini qəbul edib.

İRNA-nın məlumatına görə, Suriya hökuməti və Ceyşül-İslam terror qruplaşması arasında razılıqdan sonra, terrorçuların Dumadan çıxması üçün onlarla avtobus bölgəyə daxil olub.

Suriya hökuməti və terrorçular arasında razılığa əsasən, terrorçuların bölgədən çıxması qarşılığında oğurlanan suriyalılar azad olunacaq.

Ceyşül-İslam terror qruplaşmasının bütün ünsürləri Hələb vilayətinin şimal-şərqində Cerablus şəhərinə nəql olunacaq.

Teqlər