Apr 09, 2018 14:36 Asia/Baku
  • “Sərhədsiz müxbirlər” təşkilatı fələstinli jurnalistin şəhadətinə reaksiya verib
    “Sərhədsiz müxbirlər” təşkilatı fələstinli jurnalistin şəhadətinə reaksiya verib

“Sərhədsiz müxbirlər” təşkilatı Təl-Əvivin fələstinlilərə qarşı zorakı hərəkətlərinin davam etməsinə reaksiyada fələstinli jurnalistin şəhadəti barədə təhqiqatın aparılmasını istəyib.

Fələstinlilərin aprel ayının altısında Qəzzə zolağında keçirdikləri aksiyanı işıqlandırmaq üçün işğal olunmuş Fələstinlə həmsərhəd olan bu məntəqəyə getmiş otuz yaşlı fələstinli jurnalist Yasir Murtəca sionist hərbçilərin atəşi ilə şəhid edilibdir.

Minlərlə fələstinli şəhid Yasir Murtəcanın dəfn mərasimində iştirak edib. Bu fələstinli şəhidin otuz bir yaşı var idi. Onun bir oğlu var. Yasir Murtəcanın media fəaliyyətləri ilə məşğul olan iki qardaşı da ötən illərdə işğalçıların hücumlarında şəhid olmuşdu. Fələstin jurnalistlər birliyi sionist rejimin qəsbkar hərbçilər üçün heç bir təhdid sayılmayan jurnalistləri qəsdən hədəfə almaq üzrə hərəkətini pisləyibdir.

Bundan öncə də Fələstin Jurnalistlər Cəmiyyəti sionist hərbçilərin jurnalistlərə qarşı hücumlarının şiddətlənməsi barədə 2017-ci ildə məlumat yayaraq, bildirmişdi ki, sionist hərbçilərin jurnalistləri yatırmaqda məqsədi, sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinin ifşa olunmasının qarşısının alınmasıdır.

Teqlər