Bəhreyn insan haqları mərkəzi 21 bəhreynlinin həbs olunmasını pisləyib
Apr 09, 2018 23:33 Asia/Baku
Bəhreyn insan haqları mərkəzi bir bəyanat yayaraq, 21 müxalifin Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmasından xəbər verib və onu pisləyibdir.
Bəhreyn insan haqları mərkəzi bu bəyanatda bildiribdir ki, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri gözyaşardıcı qazla etirazçılara hücum edərək, onlardan 21 nəfəri, o sıradan bir uşağı həbs ediblər.
Bəhreyn insan haqları mərkəzi bu bəyanatda ötən bir ayda bu ölkədə "Formula-1" beynəlxalq ralli yarışları ilə bir zamanda Bəhreynin 14 məntəqəsində 24 etiraz aksiyasının yatırılmasını pisləyibdir.