Netanyahu Qəzzə sakinlərinə xəbərdarlıq edib
Sionist rejim baş naziri Qəzzə sakini olan fələstinlilərə sionistlərə hücum haqda xəbərdarlıq edib.
İRİB-in məlumatına görə, sionist rejim baş naziri Binyamin Netanyahu bazar ertəsi günü Qəzzə sakini olan fələstinlilərə xəbərdarlıq edib ki, İsrail hərbçilərini vurmağa və yaxud işğal olunmuş Fələstinə hücum etməyə cəhd edərlərsə, birbaşa atəşə tutulacaqlar.
İsrail rejimi baş naziri deyib: Qəzzə zolağı sərhədlərində kimsəyə israillilərə qarşı hər hansı hərəkətə icazə verməyəcək.
Halbuki Qəzzə zolağında fələstinli fəallar bildiriblər ki, bütün təzyiqlər və çətinliklərə rəğmən, Qayıdış Haqqı böyük yürüşü Nikbət Günü kimi məşhur olan 15 mayda saxta sionist rejiminin təşkil olunmasının ildönümü gününə qədər davam edəcək.
Sionist rejim hərbçilərinin 30 martdan Qəzzə zolağında başlanan Qayıdış Haqqı dinc yürüşünə hücumları nəticəsində 32 fələstinli şəhid olub, 3 mindən çox fələstinli yaralanıb.