İordan çayının qərb sahilində fələstinlilər həbs olunub
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində şəhərlərə və işğal olunmuş Beytül-Müqəddəsə basqın ediblər.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist hərbçilər ötən gün əl-Xəlil, Ramullah, Qilqilya və Qüds şəhərlərinə hücum edərək İsrail rejimi əleyhinə fəaliyyət göstərməsi bəhanəsi ilə 21 fələstinlini həbs ediblər.
Fələstinin hüquq dairələri, o cümlədən Əsirlər və Azad olunmuş şəxslərin məsələləri üzrə komitə, Əsirlərə Dəstək Mərkəzi, Əsirlərin məsələləri və insan haqları müəssisəsi, əl-Mizan insan haqları mərkəzi birgə məlumatda sionist hərbçilərin təcavüzü və İsrail həbsxanalarının əsirlər və fələstinli məhbuslara qarşı hərəkətlərini açıqlayıblar.
Məlumata görə, sionist hərbçilər mart ayında işğal olunmuş ərazilərdə 609 fələstinli, o cümlədən 95 uşaq, 13 qadını həbs ediblər.
Məlumata görə, sionist rejim həbsxanalarında fələstinli əsirlərin sayı 28 fevral 2018-dək 6500 nəfərə çatıb. Onların 62-si qadın, 350 nəfəri isə uşaqlar təşkil edir.