Şeyx İsa Qasım Bəhreyn xəstəxanalarından birinə köçürülüb
Apr 12, 2018 11:40 Asia/Baku
İnformasiya qaynaqları Bəhreynin tanınmış şiə ruhanisi şeyx İsa Qasımın xəstəxanaya köçürülməsindən xəbər veriblər.
Əl-Aləm kanalı "Mirratül Bəhreyn" qəzetinə istinadla bildirib: Şeyx İsa Qasım bundan öncə də Bəhreyn xəstəxanalarından birində olmuş və üzərində cərrahiyyə əməliyyatı aparılmışdı.
Ali-Xəlifə rejimi şex İsa Qasımın vətəndaşlığını ləğv edərək, ona qarşı məhkəmə işi başladıb. Şeyx İsa Qasım 2016-cı ildən ev dustağıdır. Yaşadığı Ədduraz məntəqəsi isə təhlükəsizlik qüvvələrinin mühasirəsindədir.
Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir.
Bəhreyn xalqı azadlıq, demokratiya, ictimai ədalət və bərabərlik istəyir.