Qəzzə zolağında fələstinli bir gənc şəhid edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i301814-qəzzə_zolağında_fələstinli_bir_gənc_şəhid_edilib
Bir fələstinli gənc dünən gecə Qəzzə zolağının cənubunda yerləşən Xan Yunus şəhərinin şərqində sionist hərbçilər tərəfindən şəhid edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2018 09:08 Asia/Baku
  • Qəzzə zolağında fələstinli bir gənc şəhid edilib
    Qəzzə zolağında fələstinli bir gənc şəhid edilib

Bir fələstinli gənc dünən gecə Qəzzə zolağının cənubunda yerləşən Xan Yunus şəhərinin şərqində sionist hərbçilər tərəfindən şəhid edilib.

Fələstin səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əlqudrət deyib ki, 28 yaşlı Abdullah Muhəmməd Əlşəhri sinə nahiyəsindən hədəfə alınıb və müalicə üçün xəstəxanaya köçürülüb, amma aldığı yaralar üzündən şəhid olubdur.

Qəzzə zolağı son həftələrdə fələstinlilərin "Qayıdış haqqı" yürüşündəki geniş iştirakının şahididir.

Dinc "Qayıdış haqqı" yürüşü "yer günü" münasibətilə martın otuzundan bəri Qəzzə zolağında keçirilməkdədir.

Həmin tarixdən aprelin on üçünədək bu yürüşdə otuz iki fələstinli şəhid olub, üç mindən çox nəfər də yaralanıbdır.

Bir çox ölkə, o sıradan İran, həmçinin beynəlxalq təşkilatlar indiyədək sionistlərin bu cinayətlərini pisləyiblər.

Fələstinlilərin "yer günü"nün ildönümündə keçirdikləri aksiya, sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirə edilməsi ilə bağlı qərarını xatırladır. Bu aksiya hər il keçirilir.

Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, oralarda sionist qəsəbələr salmaqla fələstinli məntəqələrin coğrafi strukturunu dəyişmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, özünün fələstinli məntəqələrdəki hökmranlığını təsbit etmiş olsun.