Dəməşq sakinləri: Bu günkü təcavüz Amerikanın məğlubiyyətini göstərir
-
Dəməşq sakinləri: Bu günkü təcavüz Amerikanın məğlubiyyətini göstərir
Dəməşqdə əhali küçələrə axışaraq təcavüzkarlar qarşısında müqavimətə təkid edib və eyni zamanda bildirib ki, Amerika, Fransa və Britaniyanın Suriyaya qarşı bu təcavüzü bu ölkələrin dəstək verdikləri terrorçuların təcavüzlərinin davamıdır və bu ölkələr bu günkü hücumlarında da məğlubiyyətə uğradılar.
Əl-Minar telekanalı bildirib ki, Dəməşqdə əhalinin yürüşü görüntüləri özü hər şeyi əks etdirir. Suriyalılar Üməvilər küçəsinə axışdılar. Teleradio binası burada yerləşir. Üç ölkənin hücumu məğlubiyyətə uğrayıb. Öncəki şişirtmələrdən və geniş təbliğatlardan sonra onların təcavüzü sadəcə 50 dəqiqə çəkdi və Suriyanın havadan müdafiə sistemi atılan raketlərin çoxunu göydə vura bildi.
Dəməşq sakini: Biz Trampın ağılsız hərəkətə əl atacağını gözləyirdik. 1956-cı ildə Misirə qarşı üçtərəfli hücum nakam qaldısa Dəməşqə qarşı hazırkı üçtərəfli hücum da suriyalı əsgərlərin igidliyi nəticəsində nakam qaldı. Allahın izni ilə qələbə bizimdir və hərhansı hadisə baş verərsə Allahın iradəsi ilə biz qalib gələcəyik.
Dəməşq sakini: Xalqımız 7 ildir müqavimət göstərir, ağıllı rəhbərliyimiz var. Bu günkü hücum da terrorçuların Suriyadakı hücumlarının davamıdır. Allah Suriyanı qoruyur. Bu günkü hücum bizim qələbəmizin ən əsas sübutudur. Suriya daxilində xalq böhran içində deyil əksinə tam birlik içindədir.
Dəməşq sakini: Bu hücumlardan qorxmuruq, buraya ona qörə toplaşmışıq ki, donuz körfəzlilərə, amerikalılara,israillilərə, ingilislərə və fransalılara bizi qorxuda bilməyəcəklərini fəryad etmək üçün gəlmişik. Biz sizi dəfələrlə məğlub etmişik, Misirə qarşı üçtərəfli hücumun məğlubiyyəti bunun bir nümunəsidir. Allahın izni ilə, rəhbərliyimizlə və ordumuzla biz qalibik.