Ərəb Liqasının növbəti sammiti
-
Ərəb Liqasının növbəti sammiti
Ərəb Liqasına üzv ölkələrin 29-cu sammiti Ərəbistanın şərqində yerləşən Zəhran şəhərində keçirilib.
İRİB-nin verdiyi məlumata görə, İordaniya kralı 2-ci Abdullah Ərəb Liqasının 28-ci sammitinin sədri olaraq, bazar günü Zəhranda keçirilən 29-cu sammitin açılış mərasimində çıxış edərək, Qüdsü fələstinlilər və müsəlmanların əbədi haqqı adlandırıb və Qüdsün himayə olunmasına təkid edib.
Ərəb Liqasının baş ktibi Əhməd Əbulğeyz də öz çıxışında deyib: ABŞ hökumətinin Qüds şəhərini İsrailin paytaxtı olaraq tanıması, bu şəhərlə bağlı verilmiş yanlış qərardır.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Üsəyməyn də Fələsin məsələsini Ərəb ölkələrinin əsas prioriteti adlandırıb.
Ərəb Liqasının 29-cu sammitində 6 ərəb ölkəsinin başçısı o cümlədən Qətər əmiri iştirak etməyib.