BMT: İsrail fələstinlilərə qarşı zorakılıqları durdursun
BMT-nin insan haqları üzrə xüsusi məruzəçiləri çərşənbə axşamı bir bəyanat yayaraq, İsrailin Qəzzədə fələstinlilərə qarşı zorakılıqlarını qınayıblar.
İRNA-nın məlumatına görə, BMT-nin insan haqları üzrə məruzəçiləri bu bəyanatda İsrail hərbçilərinin fələstinlilərə qarşı döyüş gülləsindən istifadə ediyini və nəticədə ötən həftələr ərzində onlarla fələstinli yürüş iştirakçısının öldüyü və yaralandığını bildiriblər.
BMT-nin insan haqları üzrə məruzəçiləri İsrail rejimindən fələstinlilərə qarşı zorakılıqları dayandırmasını istəyiblər.
30 mart tarixindən başlayaraq Qəzzə sakinləri işğal edilmiş Fələstin ərazilərinin sərhəd məntəqəsində "Qayıdış Haqqı" adlı böyük yürüşlər təşkil ediblər.
İsrail hərbçilərinin yürüş iştirakçılarına qarşı zorakılığı ötən müddət ərzində 40 fələstinlinin ölməsi və 4000 fələstinlinin yaralanmasına səbəb olub.