Sionist rejimin Suriyaya raket hücumları nakam qalıb
-
Sionist rejimin Suriyaya raket hücumları nakam qalıb
Suriyanın havadan müdafiə sisteminin bu ölkənin qərbinə son raket hücumlarını dəf etməsindən sonra beynəlxalq insan haqları komitəsinin komissarı sionist rejimin Suriyaya raket hücumlarının nakam qalmasından xəbər verib.
Suriya ordusunun havadan müdafiə sistemi çərşənbə axşamı səhər bildirib ki, Humsda Əşşəirat və Dəməşqin yaxınlığında Əzzəmir hava limanlarını hədəfə alan 9 ədəd raketi göydə məhv edib.
İRİB-in verdiyi məlumata görə, beynəlxalq insan haqları komitəsinin komisseri və avropalı təhlükəsizlik və informasiya idarəsinin baş katibi dünən deyib: Əşşəirat və Əzzəmir hava limanlarına havadan hücumu İsrail həyata keçirib.
Bu məlumata görə, sionist rejim təyyarələri İordaniyanın yaxınlığında yerləşən Ramat Deyvid hava limanından qalxaraq şimala doğru Livanın dağlıq ərazilərinədək uçub və oradan Əlqəsir səmasından Əzzəmir və Əşşəirat aeroportlarını hədəfə alıb ancaq bu hücumda nakam qalıb.
Bundan öncə Amerika, Fransa və Britaniya Suriyanın Duma şəhərinə qarşı kimyəvi hücumu bəhanə edərək Suriya dövlətini bunda ittihamlandırdılar və aperlin 14-də Suriyanı 100-dən çox raketlə hədəfə aldılar.
Suriyanın havadan müdafiə sistemi həmin raketlərdən 71-ni havada məhv edə bildi.