Apr 19, 2018 13:36 Asia/Baku
  • Səudiyyənin banisi Britaniyaya asılı imiş
    Səudiyyənin banisi Britaniyaya asılı imiş

Qətərin milli kitabxanası öz internet portalında Britaniya kitabxanasından əldə etdiyi sənədləri yayaraq Səudiyyə Ərəbistanı hökumətinin banisi Əbdül-Əziz Ali-Səudun müstəmləkəçi Britaniyaya asılı adam olduğunu ifşa edib.

İRNA-nın verdiyi məlumata görə, son vaxtlar Qətərin əmiri şeyx Təmim Bin Həmd Ali-Sani tərəfindən istifadəyə verilmiş Qətərin Milli Kitabxanasının əldə etdiyi informasiyalar,  Səudiyyə hökumətinin təsisçisinin məktublaşmaları, idari hesabatları, anlaşma sənədləri və əlyazmalarından əlavə, Ali-Səudun Britaniyanın Bəhreyn, Küveyt, Ciddə, İraq, Misir və Hindistandakı siyasi ofisləri ilə eləcə də Britaniyanın Xarici İşlər Nazirliyi ilə məktublaşmalarını əhatə edir. 

Səudiyyə Ərəbistanı krallıq sarayının tvitter səhifəsində Qətərin Əl-Ərəb qəzetinin baş redaktoru Abdullah Əl-Əzbə tərəfindən yayılan sənədlərin doğru olduğu təsdiqlənib. 

Məlik Əbdül-Əziz və İbn Səud adları ilə tanınan Əbdül-Əziz Bin Səud Səudiyyə Ərəbistanının ilk kralı və bu ölkənin təsisçisidir.

Britaniya bu gün də Avropa Birliyindən çıxmaq ərəfəsində Fars körfəzi ölkələri ilə ticarət müqavilələri imzalamaqla bu ölkələrdə investisiya imkanlarından faydalanmağa çalışır.  

Britaniya Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzü müddətində də bu ölkəyə 3 milyard dollar dəyərində silah satışına icazə verib. 

Bu müqavilələr təyyarə, Pilotsuz Uçan Aparat, raket və bombalar, zirehli texnika və tankları əhatə edir. 

Teqlər