Sionistlər Məscidül-Əqsaya hörmətsizlik ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i302994-sionistlər_məscidül_Əqsaya_hörmətsizlik_ediblər
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinə hücum edərkən, sionist qəsəbə sakinləri də Məscidül-Əqsanın həyətinə daxil olaraq bu müqəddəs məkana hörmətsizlik ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2018 10:06 Asia/Baku
  • Sionistlər Məscidül-Əqsaya hörmətsizlik ediblər
    Sionistlər Məscidül-Əqsaya hörmətsizlik ediblər

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinə hücum edərkən, sionist qəsəbə sakinləri də Məscidül-Əqsanın həyətinə daxil olaraq bu müqəddəs məkana hörmətsizlik ediblər.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri İordan çayının müxtəlif bölgələrinə hücum edərək bir neçə fələstinlini həbs ediblər. 

Eyni zamanda sionist qəsəbə sakinləri sionist hərbçilərin yaşıl çırağı ilə Məscidül-Əqsanın həyətinə daxil olublar. Sionist hərbçilər dərhal daş atanları müəyyənləşdirmək üçün Beyt-Eynun və Ənnəsbə keçidlərini bağlayıblar. 

Məscidül-Əqsa islam-Fələstin mentalitetinin ən əsas simvolu olaraq daima sionist rejimin dağıdıcı hücümlarına məruz qalır. 

Öncə də sionist qəsəbə sakinləri diskursiyadan qayıdan fələstinli məktəbliləri  daşıyan bir avtobusu daşa basaraq məktəbliləri qorxuya saldılar. 

Bu Əl-Xəlil şəhərində 10 saat ərzində ikinci dəfədir ki, qəsəbə sakinləri fələstinli məktəbliləri daşıyan avtobusa hücum edirlər.  Öncə də qəsəbə sakinləri  Qədim Əl-Xəlil qəsəbəsində Əssəlamiyyə məktəbinin şagirdlərini daşıyan maşına hücum etmişdilər.