1500 terrorçu Əzzəmiri tərk edib
1500 terrorçu, 3500 ailə üzvü ilə birlikdə Dəməşq ətrafı Əzzəmir bölgəsini Cerablosa doğru tərk edib.
Suriyanın Əl-Əxbariyyə telekanalı bu xəbəri verərək bildirib ki, Ceyşül-İslam terrorçuları Əzzəmir bölgəsində Suriya dövləti ilə razılaşma əsasında öz ağır və yüngül silahlarını təhvil verirlər.
Terrorçular Əzzəmirdən çıxdıqdan sonra Suriya ordusu bu bölgəyə daxil olacaq və ərazini minalar və partlayıcı maddələrdən təmizləyəcək.
Suriya dövləti ilk dəfə olaraq bütün şərtlərini terrorçulara qəbul etdirə bilmişdir. Ona görə ki, Əzzəmirdəki terrorçular xüsusiylə şərqi Qutədə Ceyşül-İslam terrorçularının darma-dağın edilməsindən sonra ordu tərəfindən mühasirə təhlükəsini hiss etdilər,
Suriya dövləti terrorçular ərazini tərk etməzdən öncə bütün şərtlərini onlara qəbul etdirib və onları silahlarını təhvil verməyə məcbur edib.