Apr 19, 2018 20:20 Asia/Baku
  • İŞİD-ə Dəməşqin cənubunu tərk etməsi üçün 2 günlük möhlət verilib
    İŞİD-ə Dəməşqin cənubunu tərk etməsi üçün 2 günlük möhlət verilib

Suriya ordusunun Humah vilayətinin cənubunda və Humsun şimalındakı son əməliyyatları ilə eyni zamanda bəzi məlumatlara görə Suriya ordusu Dəməşqin cənubunda İŞİD qalıqlarının bu əraziləri tərk etməsi üçün 2 gün möhlət vermişdir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriyanın Əl-Vətən qəzeti bu gün yazıb: Məlumatlı mənbələr bildiriblər ki, Suriya ordusu Dəməşqin cənubunda İŞİD ünsürlərinə Məxim Yərmuk, Əl-Həcərül-Əsvəd bölgələri eləcə də Əl-Qədəm və Əl-Təzamən məhəllələrini tərk etmələri üçün 48 saat möhlət təyin edib və İŞİD ünsürləri qəbul etməzlərsə Suriya ordusu hərbi əməliyyatla onların bu ərazilərdəki fəaliyyətlərinə son qoyacaq. 

SANA xəbər agentliyi  terrorçuların dünən paytaxt Dəməşqin cənubundan bu şəhərin iki məhəlləsini raketlə hədəfə aldıqlarını bildirmişdir. 

Şərqi Qutə terrorçulardan təmizləndikdən sonra terrorçuların oradan Suriyanın şimlına köçürülməsinin ardınca Suriya ordusu paytaxtın cənub ərazilərini də həmişəlik olaraq terrorçulardan təmizləmək istəyir. 

Başqa məlumata görə, illər boyu didərginlikdən sonra suriyalı mülkilər karvanı nəhayət Livanın Şəba qəsəbəsindən Dəməşqin cənub qərbində yerləşən Beyt Cinə qayıdıblar. Bu karvanı 48 ailədən ibarət 570 nəfər təşkil edib. 

Teqlər