Suriya ordusu Əldumayr şəhərinə daxil olub
Suriyanın ordu qüvvələri dünən axşam Ceyşulislam terrorçularının sonuncu qrupunun çıxması ilə bir zamanda Rife Dəməşq vilayətində yerləşən Əldumayr şəhərinə daxil olublar.
Suriyanın ordu qüvvələri Əldumayr şəhərinə daxil olduqdan sonra bu ölkənin bayrağını şəhərin mərkəzində dalğalandırıblar.
Suriyalı qüvvələrin Əldumayr şəhərinə daxil olmaları şəhər əhalisinin böyük rəğbətilə qarşılanıb.
Əldumayr şəhərinin əhalisi Suriyanın ordu qüvvələri şəhərə daxil olarkən "Suriya ordusuna eşq olsun!" və "Canla-başla Bəşşar Əsədin xidmətindəyik!" şüarlarını veribdir.
Rife Dəməşq vilayətində yerləşən Əldumayr şəhəri paytaxt Dəməşqin şimal-şərqindən 44 kilometr aralıda yerləşir.
Ceyşulislam terrorçularının Əldumayr şəhərindən çıxmaları barədə razılaşma bu terror qrupunun Şərqi Qutədə yerləşən Duma məntəqəsindən çıxmalarından sonra əldə olunubdur.
Duma məntəqəsi aprelin 14-də tam şəkildə terrorçuların işğalından azad edildi.
Dumanın azad edilməsilə Şərqi Qutə tam şəkildə terrorçulardan təmizləndi.