Apr 22, 2018 09:40 Asia/Baku
  • Həra mağarasına ziyarətə qadağa qoyulub
    Həra mağarasına ziyarətə qadağa qoyulub

Səudiyyə Ərəbistanının həcc nazirliyi Allahın evini ziyarət edənlərin Cəbəlül-Nura və Həra mağarasına ziyarətinə qadağa qoyub.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Həcc Nazirliyi dünən həcc sahəsində fəaliyyət göstərən bütün şirkətlər və müəssisələrə göstəriş verib ki, hacıların Cəbəlünnur və Həra mağarasını ziyarəti proqramdan çıxarılsın. 

Həcc nazirinin müavini deyib: Bu qərar zəvvarların sağlamlığını mühafizə və bəzi şəriətə zidd hərəkətlərin qarşısını almaq məqsədi ilə qəbul edilib. 

Əbdül-Əziz Əluzan deyib: Dağın hündür olmasına görə zəvvarlar dağa çıxarkən oksigen çatışmazlığına görə huşdan gedə bilərlər. 

Vəhhabi ideologiyasına malik olan Səudiyyə rejimi müqəddəs məkanların ziyarət edilməsinin əleyhinədir. 

İndiyədək müqəddəs Məkkə və Mədinə şəhərlərində yerləşən ilkin ilslam dövrünün bir çox tarixi abidələri Ali-Səud rejimi tərəfindən məhv edilib. 

Teqlər